BAKI, 12 iyul — Sputnik. Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkənin dövlət sərhədinin müəyyən edilməsi (delimitasiyası) üzrə komissiyalarının birgə iclasını keçiriblər.
Ermənistan XİN-in məlumatına görə, komissiyanın dördüncü iclası Azərbaycanla Ermənistanın şərti sərhədində keçirilib.
Ermənistan və Azərbaycan liderləri arasında müxtəlif formatlı görüşlərdə əldə olunmuş razılaşmalara əsasən, tərəflər sərhədlərin müəyyənləşdirilməsinin aspektlərini, o cümlədən bir sıra təşkilati və prosedur məsələlərini müzakirə etməyi davam etdiriblər.
Tərəflər, həmçinin iki komissiyanın növbəti iclasının gününü və yerini müəyyən etmək üçün işçi qaydada razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.