BAKI, 12 iyul — Sputnik. Rusiyanın Ukrayna ilə döyüş meydanında qələbəsi Kiyev üçün faciə olacaq və NATO-nu daha həssas edəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Vilnüsdə keçirilən sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Ən böyük risk Rusiyanın qalib gəlməsi olacaq. Bu, Ukrayna üçün faciə olacaq, eyni zamanda bizi daha həssas edəcək", - o, bildirib.
Stoltenberq bir daha vurğulayıb ki, NATO Ukraynanı dəstəkləyəcək. O, deyib ki, NATO ölkələri sammitdə Ukraynaya "ölkəni alyansa yaxınlaşdıracaq" çoxillik yardım paketini təsdiqləyiblər.
Çərşənbə axşamı NATO ölkələri Ukraynaya çoxillik hərbi yardım proqramını və NATO-Ukrayna Şurasının (NAC) yaradılmasını təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.