BAKI, 12 iyul — Sputnik. Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə İran XİN məlumat yayıb.
Qeyd olunub ki, Rusiya və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında İranın üç adası - Əbumusa, Böyük və Kiçik Tunbla bağlı strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmundan sonra Rusiya səfiri XİN-ə çağırılıb.
İran bəyanatın məzmununa etirazını bildirib. Görüşdə iştirak edən İran xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin Körfəzi ölkələri İdarəsinin rəisi Əlirza Enayati Əbumusa, Böyük və Kiçik Tunb adalarının İrana əbədi mənsub olduğunu vurğulayıb, Rusiyanı bu məsələ ilə bağlı mövqeyini düzəltməyə çağırıb.
Səfir İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayaraq vəziyyəti ən qısa zamanda Moskvaya çatdıracağını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.