BAKI, 12 iyul — Sputnik. Qırğızıstan prezidenti Sadır Japarov ölkədə enerji içkilərinin reklamına qadağa qoyub, Bu barədə RİA Novosti-yə Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Qırğız Respublikasının Prezidenti Sadır Japarov "Reklam haqqında" Qırğızıstan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun imzalayıb. Bu qanun enerji içkilərinin reklamına qadağa qoyur", - məlumatda bildirib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, enerji içkilərinin tərkibində şəkər, kofein, quarana, taurin və jenşen kimi stimullaşdırıcı maddələr var. Sağlamlıq riskləri əsasən yüksək şəkər və kofein tərkibi ilə bağlıdır. Bəzi enerji içkilərinin hər porsiyasında 100 mq-a qədər kofein var ki, bu da adi qəhvədən (12 mq) səkkiz dəfə çoxdur.
Zamanla enerji içkilərinin tez-tez istifadəsi şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.