RUSİYA

NATO təcavüz və qeyri-sabitlik gətirən hücum ittifaqıdır - Peskov

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun sabitlik və təhlükəsizliyi təmin etmək üçün yaradılmış bir ittifaq olmadığını deyib.
Sputnik
BAKI, 12 iyul — Sputnik. NATO təcavüz və qeyri-sabitlik gətirən hücum ittifaqıdır.
"RİA Novosti"nin məlumatına görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, sabitlik və təhlükəsizliyi təmin etmək üçün yaradılmış, düşünülmüş və hazırlanmış bir ittifaq deyil", - deyə o, sözünə davam edib.
Kremlin sözçüsü, həmçinin NATO liderlərinin Vilnüs sammitinin ilk gününün nəticələrindən sonra verdikləri - Rusiya və Çin arasında əməkdaşlığın gücləndirilməsinin alyansın dəyərlərinə və maraqlarına zidd olduğu barədə bəyanatı şərh edib.
"Münasibətlərimiz heç bir şəkildə və heç vaxt üçüncü ölkələrə və ya hər hansı bir ittifaqa qarşı yönəlməyib", - deyə Peskov vurğulayıb.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərə hazırlaşdığını, səfərin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin hələ razılaşdırılmadığını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.