BAKI, 12 iyul — Sputnik. Yandırılmış NATO hərbi texnikası onu Ukraynaya tədarük edən ölkələrin səfirliklərinin yanına qoyulmalıdır.
Bu təkliflə Dövlət Dumasının deputatları Proxorov döyüşünün ildönümündə çıxış ediblər.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu ideyanı dəstəkləyərək onu "maraqlı" adlandırıb. O, müdafiə komitəsinə müvafiq nazirliklə birlikdə bu təşəbbüsün işlənib hazırlanmasını tapşırıb.
Bundan əvvəl Avstriyanın "EXXpress" nəşri Ukrayna hərbçilərinin itirdiyi alman tanklarının tezliklə kubok kimi Qızıl Meydana qoyula biləcəyini yazıb.
Qeyd edək ki, Rusiya hərbi müxbirləri də Moskvada məhv edilmiş "Leopard" tanklarının paradını keçirməyi təklif ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.