BAKI, 12 iyul — Sputnik. İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ötən gün Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
N.Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və digər rəsmilər qarşılayıblar.
Qeyd edək ki, N.Kurtulmuş Azərbaycandan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.