BAKI, 12 iyul — Sputnik. Rusiya da Ukraynada kasetli sursatlardan istifadə edəcək.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ukraynanın kaset sursatlarından istifadə etməsi Rusiyanı da adekvat tədbirlər görməyə vadar edir: "Hansı addımların atılmasını isə Müdafiə Nazirliyi müəyyənləşdirəcək".
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların tədarükünü təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.