DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə nazirini beynəlxalq axtarışa verib

Vigen Sarqsyan hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarqsyanın beynəlxalq axtarışa verilməsi prosesinə başlayıb.
Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, o, hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.
Məlumata görə, keçmiş müdafiə naziri bunu "siyasi təqibin göstəricisi" adlandırıb.
Qeyd edək ki, Vigen Sarqsyan 1975-ci il mayın 10-da İrəvanda anadan olub. O, 2016-cı il oktyabrın 3-də Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilib, 2018-ci il mayın 8-də hakimiyyət dəyişikliyindən sonra tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, 44 günlük müharibə zamanı müdafiə naziri olmuş David Tonoyan da hazırda həbsdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.