İQTİSADİYYAT

Energetika naziri Azərbaycanın yarımillik hasilat və ixrac rəqəmlərini açıqladı

Nazir qeyd edib ki, yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox - 24,1 milyard kubmetr təbii qaz hasil edilib.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Bu ilin I yarısında Azərbaycanda 15,2 milyon ton neft-kondensat hasil edilib, bunun da 12,7 milyon tonu ixrac olunub.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.
Bundan başqa, nazir qeyd edib ki, yanvar-iyun aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox - 24,1 milyard kubmetr təbii qaz hasil edilib, bunun da 12 milyard kubmetri (7,5 % çox) ixrac olunub.
"O cümlədən Avropaya 5,7 milyard kubmetr, Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 28 milyard kubmetr qazla təchiz edib", - deyə P.Şahbazov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.