BAKI, 12 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 75,366 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çoxdur.
Bu ilin 6 ayında gömrük rüsumları üzrə daxilolmalar 20,4 % artaraq 768,744 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,3 % artaraq 2 milyard 186,168 milyon manat, aksizlər üzrə daxilolmalar 39,3 % azalaraq 97,362 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,5 % azalaraq 23,092 milyon manat olub.
Xatırladaq ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4.227.449 min manat daxil olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.