BAKI, 12 iyul — Sputnik. "Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur".
Bunu ABŞ dövlət katibi Entoni Blinken özünün Twitter hesabında yazıb.
O bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməyə sadiqdir.
E. Blinken dünən Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığını da xatırladıb.
Ermənistan Baş naziri Nikol Paşinyan öz Twitter hesabında yazıb ki, Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm məsələləri müzakirə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.