BAKI, 11 iyul - Sputnik. Bu yay mövsümündə Bakıda və Azərbaycanın regionlarında restoran və otellərdə ziyarətçilər kifayət qədərdir. Bu il ölkəyə gələn turistlərin sayının xeyli artacağı gözlənilir.
Yay turizm mövsümünün açılışı ərəfəsində ölkənin müxtəlif bölgələrində ziyarətçilərin tələbkar zövqünü ödəmək üçün müvafiq infrastrukturun hazırlanması istiqamətində fəal iş aparılıb.
Turoperatorlar və restorançılar yeni xidmət növləri təklif edirlər.
İyulun 12-də saat 11.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bu xidmətlərin nələrdən ibarət olduğu barədə və 2023-cü ilin yay turizm mövsümünün xüsusiyyətlərindən danışacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.