DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin iki vilayətində çimərliklər yoluxma riski üzündən bağlanıb

Hər iki vilayətin qubernatoru çimərliyin bağlanma səbəbini açıqlayıb.
Sputnik
BAKI, 11 iyul - Sputnik. Türkiyənin Qara dənizdəki iki vilayətində - OrduZonquldaqdakı çimərliklər bölgədə daşqınlardan sonra yoluxucu xəstəliklərin yayılması təhlükəsi üzündən üç gün müddətinə bağlanıb. Bu barədə RİA Novosti yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Ötən həftə Türkiyənin Qara dəniz bölgəsinə dağıdıcı leysan yağışları yağıb.
Nəticədə bir çox daşınmaz əmlak və avtomobil yolları dağılıb, bir çox ağaclar kökündən qopub.

“Vətəndaşların sağlamlığını qorumaq məqsədi ilə keçmiş daşqın və sel suları ilə əlaqədar dənizdə suyun keyfiyyətinin xeyli aşağı düşməsindən sonra çərşənbə axşamından cümə axşamına kimi çimərliklərin bağlanması və dənizdə çimməyin qadağan edilməsi barədə qərar qəbul edilib”, - deyə Ordu əyalətinin qubernatoru Tuncay Sonelin bəyanatında deyilir.

Zonguldaq vilayətinin qubernatoru da bu tədbirin yoluxucu xəstəliklərdən qoruyacağını ifadə edən oxşar qərar dərc edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.