BAKI, 11 iyul — Sputnik. "Polşa Ukraynanı NATO-ya daxil etməkdə maraqlı deyil, çünki o, ölkənin qərb ərazilərini almaq istəyir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
"Mənim başqa bir təklifim var, suala fərqli cavabı nəzərdən keçirək: NATO niyə Ukraynanı öz sıralarına daxil etmir? Ukraynanın qərb hissəsi, Polşaya görə Polşaya aid olmalıdır. Polşa üçün isə bu mövzu, NATO üzvü kimi yeni açılmağa başlayır. Buna görə də sərhədləri formalaşmamış Ukrayna NATO-ya lazım deyil. Polşa siyasətçilərinin Ukraynanın qərb hissəsini ələ keçirmək istəyi göz qabağındadır, onlar bunun haqqında danışırlar. Niyə NATO-ya daxil edilməməsi ilə bağlı variantlardan biri də budur", - Zaxarova deyib.
Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olarsa, o zaman alyansın özü də onun sərhədlərini tanımalı olacaq.
Dahaəvvəl Vladimir Zelenski bildirib ki, Ukrayna sammitdə NATO-ya dəvət almasa, bu, Ukrayna qoşunlarını ruhdan salacaq.
Onun sözlərinə görə, o, dəfələrlə Avropa ölkələrinin liderləri, ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberqlə danışıb və Ukraynanın ayaqlarının altından torpaq çəkməməyi xahiş edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.