BAKI, 11 iyul — Sputnik. Rusiya və Çin Afrika ölkələrinin iqtisadi inkişafına kömək etmək üçün güclərini birləşdirə bilərlər. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə bildirib.
"Rusiya və Çin tərəfdaşdırlar. Biz hətta səylərimizi birləşdirə və Afrika ölkələrinə iqtisadi və sosial inkişaflarında kömək edə bilərik. Düşünürəm ki, qarşıdan gələn Rusiya-Afrika sammiti yaxşı bir yol göstərən xəritə yaradacaq: harada, hansı ölkələrdə nəyə ehtiyac var – infrastrukturun inkişafında, təhlükəsizliyin dəstəklənməsində, ərzaq təhlükəsizliyində. Düşünürəm ki, bu, bizim əməkdaşlığımızı və qarşılıqlı fəaliyyətimizi intensivləşdirməyə çox güclü təkan verəcək", - deyə "RİA Novosti"nin sualını cavablandıran Matviyenko bildirib.
Qeyd edək ki, Matviyenkonun başçılıq etdiyi Rusiya Federal Məclisinin nümayəndə heyəti iyulun 9-dan 12-dək Çində səfərdədir. Səfər Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin (ölkənin ali qanunverici orqanı) sədri Çjao Letszinin dəvəti ilə baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.