RUSİYA

Kiyev rejimi diplomatik həlldə maraqlı olmadığını açıq şəkildə bildirir - Qavrilov

Diplomat qeyd edib ki, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan ABŞ və onun müttəfiqlərinin komandanlığı altında 67 mindən çox ukraynalı hərbçi təlim keçib.
Sputnik
BAKI, 11 iyul — Sputnik. ABŞ Vladimir Zelenski rejiminə silah tədarükünü artırmaq planlarını açıqlayaraq, diplomatik həldə maraqlı olmadıqlarını açıq şəkildə bildirir. Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarətlə bağlı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov RİA Novosti-yə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan ABŞ və onun müttəfiqlərinin komandanlığı altında 67 mindən çox ukraynalı hərbçi təlim keçib. Lakin Ukraynanın əks-hücum zonasına daxil olanların çoxu ilk döyüşdəcə təslim olurlar.

"Ukrayna itkilərinin sayı on minlərlə insandır. Artıq bildirilir ki, bu ölkədə qəbiristanlıqlar kifayət deyil. Lakin ABŞ açıq şəkildə deyir ki, Zelenski rejiminə silah və sursat tədarükünü artırmağa davam edəcək. Onlar diplomatik yolla həlldə maraqlı olmadıqlarını açıq şəkildə bildirirlər", - Qavrilov bildirib.

Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və prosesə mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.