DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

F-16 tədarükü məsələsi İsveçlə bağlı sövdələşmənin bir hissəsi deyil - Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq.
Sputnik
BAKI, 11 iyul — Sputnik. ABŞ F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi İsveçin NATO-ya qəbulu ilə bağlı razılaşmanın bir hissəsi deyil. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans liderlərinin görüşündən əvvəl NATO forumunda çıxışı zamanı deyib.
"Türkiyə açıq şəkildə bildirdi ki, F-16 tədarükü məsələsi İsveçlə bağlı sövdələşmənin bir hissəsi deyil. Lakin bu razılaşmaların bir hissəsi olaraq Türkiyəyə silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - Stoltenberq bildirib.
NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb ki, İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.
Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.