CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir dəmir yolu stansiyası açılacaq

Dəllər stansiyasına təlabat olduğunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək
Sputnik
BAKI, 11 iyul — Sputnik. Bu ilin sonuna qədər Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Şəmkir rayonunun Dəllər stansiyasında dayanacaq veriləcək.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib. O qeyd edib ki, həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır.
"Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək", - deyə qurum rəsmisi bildirib.
Xatırladaq ki, bu il martın 18-dən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılıb.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.