MƏDƏNİYYƏT

Azərbaycanlı rəssamın əsəri Moskvada nümayiş olunacaq

Dünyanın bir çox ölkələrində təşkil olunan sərgilərdə iştirak edən azərbaycanlı rəssam Nərmin Nəcəfin əsəri bu dəfə Moskvada nümayiş olunacaq
Sputnik
BAKI, 11 iyul — Sputnik. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) azərbaycanlı rəssam Nərmin Nəcəfin "Azad bülbül" adlı sərgisi açılacaq. Bu barədə rəssam özünün sosial media hesabında məlumat verib.
Məlumat üçün bildirək ki, çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun İstanbul, Minsk və Bakıda şəxsi yaradıcılıq sərgiləri təşkil olunub. Rəssamın tabloları başqa fırça ustaları ilə birlikdə Avropadakı sərgilərdə də nümayiş etdirilib.
Nərmin Nəcəfzadənin əsərləri, həmçinin "Rüyalar" (Türkiyə), "Seven springs of Azerbaijan" (Bakı) və "Həyat bayramı" (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.
Azərbaycanlı fırça ustasının hazırkı sərgisi sentyabrın 4-ə qədər davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.