CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

Cari ilin I yarısında Azərbaycanda dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
Sputnik
BAKI, 11 iyul — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaxın aylarda mobil tətbiqini istifadəyə verməyi planlaşdırır. Bunu səhmdar cəmiyyətinin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, bu, sərnişindaşımada keyfiyyətin və müştəri məmnuniyyətinin artırılması istiqamətində atılan addımlardan biridir.
Bu ilin I yarısında Azərbaycanda dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.