RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Almaniya və İtaliya vətəndaşlarının təxminən 40%-i Kiyevə silah tədarükünün əleyhinədir

Fransa İctimai Rəy İnstitutu iyunun 12-dən 26-dək Avropanın beş ölkəsindən - Fransa, İspaniya, İtaliya, Almaniya və Böyük Britaniyadan 18 yaşdan yuxarı 7,5 mindən çox insan arasında sorğu keçirib.
Sputnik
BAKI, 11 iyul — Sputnik. Almaniya və İtaliya vətəndaşlarının, təxminən 40%-i Kiyevə silah verilməsi qərarını dəstəkləmir. Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğu bu qənaətə gəlməyə əsas verib.
Araşdırmanın nəticələri çərşənbə axşamı institutun saytında dərc edilib.
Sorğunun nəticələrinə görə, İtaliya vətəndaşlarının 41%-I, Almaniya vətəndaşlarının isə 39%-i Ukraynaya silah tədarükü qərarını dəstəkləmir. İspaniyada bu rəqəm 28%, Böyük Britaniyada isə 16% təşkil edib.
Bundan əlavə, İtaliyada respondentlərin 30%-i, Almaniyada isə 35%-i Ukraynaya mənfi münasibət bildirib, İspaniya və Böyük Britaniyada isə vətəndaşların müvafiq olaraq 23%-i və 18%-i bunu etiraf edib.
Almaniya (26%), İtaliya isə (25%) vətəndaşlarının təxminən dörddə biri Avropa dövlətləri tərəfindən Moskvaya qarşı iqtisadi sanksiyaların əleyhinədir. İspaniyada bu rəqəm 13%, Böyük Britaniyada 11% təşkil edir.
İyunun 12-dən 26-dək keçirilən sorğuda Avropanın beş ölkəsindən - Fransa, İspaniya, İtaliya, Almaniya Böyük Britaniyadan 18 yaşdan yuxarı 7,5 mindən çox insan iştirak edib. Tədqiqatın səhvi 1,1 ilə 2,5 faiz bəndi arasındadır.
Xatırladaq ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayırlar".
Kreml bəyan edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Lavrov, həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir, "o cümlədən, təkcə silah tədarükü deyil, həm də kadrların hazırlanması ilə... Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.