CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yay başlayandan Bakıda iyirmi üç nəfər günvurma ilə bağlı müraciət edib

Onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub (APA).