BAKI, 10 iyul — Sputnik. Soğan nəinki qidaları, həmçinin dərini də zənginləşdirir.
İmmun sistemini möhkəmləndirən, qrip üçün ən faydalı vasitə hesab edilən soğanı mütəmadi olaraq üzünüzə sürtsəz, dəridəki sızanaq və çapıqlar azalacaq. A və E vitaminləri sayəsində dəriniz daha parlaq bir görünüşə sahib olacaq.
Bundan başqa, C vitamini ilə zəngin olan soğan hüceyrələrin yenilənməsinə kömək edir, tərkibində B9 və B6 vitamini isə qırmızı qan hüceyrələrinin yaranmasına səbəb olur.
Soğanın tərkibindəki antioksidantlar sayəsində bədəndəki trigliserid səviyyəsi azalır.
Bu tərəvəz xolesterol səviyyəsini tənzimlədiyi üçün ürək xəstəliyi riskini də azalır.
Dırnaq göbələklərinin müalicəsində də soğan əvəzsiz vasitədir. Türkiyəli təbub Mustafa Saraçoğlunun sözlərinə görə, azacıq bişirilmiş baş soğanı göbələklı dırnağa qoyandan sonra 3 gün müddətində həmin dırnaq düşür. Nəticədə yerinə sağlam dırnaq gəlir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.