BAKI, 10 iyul - Sputnik. Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatında bildirilib.
Qeyd edilir ki, səsvermədə seçicilərin 80%-i iştirak edib.