BAKI, 10 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 11-də şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı , şimşək çaxacağı gözlənilir.
Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.