SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir - Ceyhun Bayramov

Azırbaycan XİN rəhbəri 30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlara məcburi köçkünlərin köçürülməsinin siyasi, strateji və mənəvi əhəmiyyət daşıdığını bildirib.
Sputnik
BAKI, 10 iyul — Sputnik. "Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib.
"30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlarımıza məcburi köçkünlərin köçürülməsi siyasi, strateji və mənəvi əhəmiyyət daşıyır. Azad edilən torpaqlarımız dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir", - o, vurğulayıb.
Nazirin sözlərinə görə, həmin ərazilər qarış-qarış yenidən qurulur və bərpa edilir:
"Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir. Keçmiş münaqişənin həlli xarici siyasətin üfüqlərinin genişləndirilməsində mühüm rol oynayır. Bu gün ölkənin nüfuzu getdikcə artır. Əminik ki, uzun illər qazanılan nailiyyətlərə görə Ulu Öndərin ruhu şaddır".