SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran XİN Azərbaycan səfirliyinin təhlükəsizliyi ilə bağlı söz verdi

Yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki əməkdaşı yaralanıb.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Bu il yanvarın 27-də baş vermiş silahlı hücumdan sonra fəaliyyəti dayandırılan Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib ki,
Kənani bildirib ki, İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək.
"Təbii ki, Azərbaycanın Tehrandakı səfirliyi mümkün qədər qorunacaq", deyə o bildirib.
Yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki əməkdaşı yaralanıb.
Prezident İlham Əliyevin terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Azərbaycan hakimiyyəti Tehrandakı səfirliyin bütün əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etmək qərarına gəlib. Təxliyə yanvarın 29-da həyata keçirilib.
Hazırda yalnız Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyət göstərir.