BAKI, 10 iyul — Sputnik. Azov konadirlərinin azad edilməsi ilə bağlı vəziyyətin Türkiyədə qaz qovşağının yaradılması ilə heç bir əlaqəsi yoxdur, Rusiya Türkiyə ilə münasibətləri, xüsusən də belə layihələrdə davam etdirmək niyyətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bir daha təkrar edirəm, biz Türkiyə ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu əlaqələr həqiqətən çoxşaxəlidir və biz qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığı davam etdirəcəyik. Xüsusilə də iqtisadi əməkdaşlıqla bağlı. Əslində bu əlaqələr regionda çoxlu sayda ölkələrin və hətta Avropa ölkələrinin maraqlarına toxunur. Bu, hamı üçün vacibdir, ona görə də bu iş davam edəcək", - Peskov deyib.
Xatırladaq ki, Vladimir Zelenski Ankaraya səfər edib Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra “Azov” komandirləri Türkiyədən Ukraynaya qaytarılıb. Kremlin sözçüsü Dmitri Peskov bunun razılaşmalara zidd olaraq edildiyini bildirsə də, nə Ukrayna, nə də Türkiyə tərəfi onun bu açıqlamasına münasibət bildirib.