CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Sputnik
BAKI, 10 iyul - Sputnik. Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Ceyhun Həsənov bu vəzifəyə 2016-cı ildə təyin olunmuşdu.
Digər sərəncamla Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.