DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO ölkələri Çini düşmən hesab etmir - Stoltenberq

Stoltenberq Pekinin yürütdüyü siyasətin NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuduğunu bildirib.
Sputnik
BAKI, 10 iyul — Sputnik. NATO-ya üzv ölkələr Çini düşmən hesab etmirlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"NATO Çinə düşmən kimi baxmır. Biz nüvə silahının yayılması və iqlim dəyişikliyi kimi aktual qlobal məsələlərdə Pekinlə əlaqə saxlamağa davam etməliyik", - o, bazar ertəsi "Foreign Affairs" jurnalında dərc olunan məqaləsində yazıb.
Bununla yanaşı, Stoltenberq Pekinin yürütdüyü siyasətin NATO-nun təhlükəsizliyinə, dəyərlərinə və maraqlarına meydan oxuduğunu bildirib.
"Biz bunu aydın şəkildə dərk etməliyik və təhlükəsizlik maraqlarını iqtisadi mənfəətlə mübadilə etməməliyik", - NATO-nun baş katibi deyib.
O, həmçinin Çini Ukraynadakı münaqişəyə son qoymaq üçün Moskvaya əhəmiyyətli təsirindən istifadə etməyə çağırıb.