BAKI, 10 iyul - Sputnik. Moskva idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk, bunu bölüşürük. Biz idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan etmişik", - deyə Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Qoşulmama hərəkatının Bakıda keçirilən nazirlər iclasında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkata üzv ölkələrin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paraolimpiya oyunlarının siyasi neytrallıq şəraitində keçiriləcəyini gözlədikləri barədə Bəyannamə qəbul olunub.