İQTİSADİYYAT

Kredit portfeli uğurlu olan şəxsə güzəşt olmalıdır - Natiq Cəfərli

Cəfərlinin sözlərinə əsasən, regionlarda iqtisadi fürsətlər olmadığından kreditlər Bakı və Abşeronda cəmləşib
Sputnik
BAKI, 10 iyul — Sputnik. Problemli kreditlərin həcminin azaldılması üçün təşviqedici addımlar atılmalıdır. Kreditini vaxtında ödəyən şəxslər müəyyən üstünlüklər qazanmalıdır, onlara müəyyən güzəştlər olmalıdır ki, növbəti dəfə krediti daha sərfəli götürə bilsin. Belə təşviqedici addımların atılması da problemli kreditlərin həcminin azalmasına səbəb ola bilər. Belə olan halda bank müştərisi biləcək ki, kredit portfeli uğurlu olsa, növbəti dəfə daha sərfəli kredit əldə edə biləcək.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli “Bank mübahisələrinin uğurlu həlli yolları” adlı elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, iqtisadiyyatda özəl sektorun inkişafına şərait yaradılmalıdır ki, banklar daha çox kredit verə bilsin: “Regionlarda iqtisadi fürsətlər olmadığından kreditlər Bakı və Abşeronda cəmləşib”.
İQTİSADİYYAT
Cəmiyyətdə belə bir fikir var ki, banklar ev yıxandır - Razi Nurullayev