ELM

Günəşin səthində ləkələrin sayı artıb

Geomaqnit sahəsi sakitdir. İyulun 12-dən 13-dək isə 4 Kp-yə kimi yüksəlməsi ehtimalı var.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin səthində ləkələrin sayı artıb, hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə edilir. Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyədə (maks: 3583 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Geomaqnit sahəsi sakitdir (Kp=1.67). İyulun 12-dən 13-dək isə 4 Kp-yə kimi yüksəlməsi ehtimalı var (AZƏRTAC).