BAKI, 10 iyul — Sputnik. Banklar kağıza qənaətə edib müqavilə mətnini bu qədər xırda şriftlərlə hazırlayırlar. Banklar nə üçün kağıza qənaət edir?
Vəkil İlham Mehdiyev “Bank mübahisələrinin uğurlu həlli yolları” adlı elmi-praktik konfransda çıxışı zamanı belə deyib.
Ekspert bildirib ki, bank birinci dərəcəli görmə əlilliyi olan şəxslərlə müqavilə bağlayarkən belə, ona oxunması mümkün olmayan şriftdə hazırlanan müqavilə verilir: “Adi bir vətəndaş belə bu cer kiçik şrifti oxumaqda çətinlik çəkir, nəinki görmə məhdudiyyəti, görmə problemi olan şəxslər”.
“Müqavilədə abbreviaturalardan istifadə edilməsi, şərtlərinin qeyri-müəyyən olması da problem olaraq qalır”, - deyə vəkil əlavə edib.