İQTİSADİYYAT

Bank Ombudsmanına müraciətlərin sayı azalıb

2017-ci ildə Ombudsmana 165, 2018-ci ildə 150, 2019-cu ildə 89, 2020-ci ildə 55, 2021-ci ildə 31 və nəhayət, ötən il cəmisi 26 müraciət olub.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Bank Ombudsmana edilən müraciətlərin sayı ildən-ilə azalıb.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
O bildirib ki, 2017-ci ildə Ombudsmana 165, 2018-ci ildə 150, 2019-cu ildə 89, 2020-ci ildə 55, 2021-ci ildə 31 və nəhayət, ötən il cəmisi 26 müraciət olub.
"Problemli kreditlər bu ilin 1 mayına olan məlumata görə, 591.8 milyon manat təşkil edib. Lakin biz indi həmin rəqəmin əvvəlki ildən 0.3 faiz az, yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət, yarım milyard təşkil edən borc yükünün subyektləri arasında problemin birdəfəlik həlli yollarını tapacağı təqdirdə, biz o yükü ildən-ilə ötürmərik", - Oruc əlavə edib .
İQTİSADİYYAT
Kommersiya məqsədilə verilən hər yüz manatdan 20 manat bölgələrin payına düşür - Deputat