BAKI, 10 iyul — Sputnik. Ermənistan parlamentinin sədri Alen Simonyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 10-13-də Fransada işgüzar səfərdə olacaq. Bu barədə Ermənistanın qanunverici orqanının rəsmi saytında məlumat verilib.
Ermənistan nümayəndə heyətinin tərkibinə parlamentin Dövlət və Hüquq Məsələləri Komissiyasının rəhbəri Vladimir Vardanyan, Milli Assambleyanın Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarqis Xandanyan, deputatlar Arusyak Manavazyan və Armen Rustamyan, həmçinin parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan daxildir.
Nümayəndə heyətinin səfərinin məqsədi barədə məlumat verilmir.