BAKI, 9 iyul - Sputnik. Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb.
Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin edilib. Həmçinin çimərliklərə naryad qrupları təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışılar üzrə operativ köməkliklər göstərilib, müfaviq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib. Hazırda xidmət davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.