BAKI, 9 iyul - Sputnik. İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinin iştirakçıları Kiyevin “özünü xilas etmək” üçün zərər vurduğu Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) təhlükəsizlik mövzusuna diqqət yetirməlidirlər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında qeyd edib.
Diplomat Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın “Rusiyalıların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbənin endirilməsindən 273 gün keçib” sözlərinə diqqət çəkib.
"Terror rejimi. İndi onlar Zaporojye atom elektrik stansiyasına sistematik ziyan vurmaqla "özlərinin xilası" planına başlayıblar", - deyə Zaxarova qeyd edib.