BAKI, 9 iyul — Sputnik. Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiya Ukraynadakı üç AES-ə və Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirmə ssenarisini nəzərdən keçirməli olacaq.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES-ə, Rovensk AES-ə və Xmelnitski AES-ə, həmçinin Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Burada çəkinəcək heç nə yoxdur", - o, Telegram kanalında yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Smolensk vilayətindəki Desnoqorsk Atom Elektrik Stansiyasına (AES) zərbə endirməyə cəhd etməsi ilə bağlı daha əvvəl Mash Telegram kanalı məlumat yayıb.
Telekanal həmçinin bildirib ki, Ukrayna hərbçiləri Kaluqa vilayətindəki hərbi aerodroma zərbələr endirməyə cəhd ediblər.
Ehtimallara görə, onlar hər iki hədəfə Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə hücum etməyə cəhd göstəriblər.
Raketlərin qırıntıları qəza yerində tapılıb. Hər iki mərmi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən Bryansk vilayəti üzərində səmada vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.