BAKI, 9 iyul - Sputnik. Slovakiya hazırda Mərkəzi Avropada nüvə silahının (NS) yerləşdirilməsi üçün heç bir səbəb görmür.
Bu barədə ölkənin müdafiə naziri Martin Sklenar bildirib.
O, Polşanın öz ərazisində nüvə silahı yerləşdirmək istəyini şərh edib.
Bundan əvvəl Polşa hökumətinin başçısı Mateuş Moravetski bildirib ki, ölkə hakimiyyəti son nəticədə alyansın nüvə silahından birgə istifadə proqramı çərçivəsində bu cür silahların yerləşdirilməsinin zəruriliyinə NATO tərəfdaşlarını inandırmaq niyyətindədir.
"Bu məsələ Polşa ilə onu nüvə silahı ilə təmin edə bilən dövlətlər arasında müzakirə edilməlidir. Bizim fikrimizcə, bu regionda nüvə silahı yerləşdirməmiz üçün hələ də heç bir səbəb yoxdur", - deyə nazir bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.