SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Mariya Zaxarovanın Laçınla bağlı açıqlamasına cavab verib

Azərbaycanın XİN başçısı deyib ki, "biz kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk".
Sputnik
BAKI, 9 iyul - Sputnik. Biz son 2 il yarıma yaxın vaxtda, həmçinin 30 illik işğal dövründə də onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif çağırışlar eşitmişik.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Laçın yolu ilə bağlı açıqlamasına münasibət bildirən xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Təbii ki, bu çağırışları eşitmək lazımdır. Təhlil etmək vacibdir. Biz də bunu edirik, adekvat reaksiyalar veririk. Hesab edirəm ki, zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür", - Bayramov deyib.
Nazir qeyd edib ki, Azərbaycan dövlətinin özünün beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün konkret baxışı var.
"Biz kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək", - nazir əlavə edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 6-da keçiridi brifinqdə Azərbaycan və Ermənistana çağırış edib.
“Moskva atəşkəsin pozulması və Laçın dəhlizinin “blokadası” hallarından çox narahatdır. Biz Bakı və İrəvanı bütün məsələləri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq” - o, deyib.
Zaxarova əlavə edib ki, “bu, üçtərəfli razılaşmalara ziddir".
"Rusiya sülhməramlıları vəziyyətin yerdə necə inkişaf edəcəyinə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində cavab verəcəklər”, - Rusiya XİN yetkilisi əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.