HADİSƏ

Bakı-Quba yolunda dəhşətli qəza: Üç nəfər ölüb, iki nəfər ağır xəsarət alıb - VİDEO

Bakı-Quba magistralının Şabran rayonu ərazisindən keçən hissəsində minik avtomobili yoldan çıxaraq aşıb.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Bakı-Quba yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlar 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənovdur (APA).
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.