BAKI, 9 iyul - Sputnik. "Yaxın günlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görüş İranın Astara şəhərində keçiriləcək: "Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq".
Nazirin sözlərinə görə, İran qonşu ölkədir və Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub. O qeyd edib ki, son zamanlar tərəflər arasında gərginlik davam edir və bunun ciddi səbəbləri var.
Bayramov İranla münasibətləri normallaşdırmağın əsas şərtini də açıqlayıb:
"İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik".