CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalqa kömək olmaq üçün hamımız işimizdə dürüst olmalıyıq – Hüquq müdafiəçisi

N.Cəfəroğlu bildirib ki, məhkəmənin dürüst, ədalətli olması çox önəmlidir. Xalqa kömək olmaq üçün hamı işində dürüst olmalı, camaatı qıcıqlandırıb küçələrə salmamalıyıq
Sputnik
BAKI, 8 iyul — Sputnik. "Tikinti şirkətlərini qınamıram. Gündə qiymət qalxır. Təkcə evin deyil, torpaqdan tutmuş kərpicədək hər şeyin qiyməti qalxır. Ona görə də çox tikililər yarımçıq qalır, tikilmir". Bu sözləri hüquqmüdafiəçisi Novella Cəfəroğlu "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransında çıxışı zamanı deyib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu
O bildirib ki, dövlət qurumları hər şeyi nəzərə almalıdır, ya kredit məbləği artırılmalıdır, ya da elə addımlar artmalıdır ki, problemlər həllini tapsın:

“Bu gün mənim əlimdə 160 nəfərin ərizəsi var. Onların evlərinin tikintisi yarımçıq qalıb, tikintini tamamlamaq mümkün olmayıb. Artıq sahibkar həmin torpaqları satıb. Camaat məhkəməyə gedəndə də uduzur”.

Onun sözlərinə görə, məhkəmənin dürüst, ədalətli olması çox önəmlidir.
"Xalqa kömək olmaq üçün hamımız işimizdə dürüst olmalıyıq, camaatı qıcıqlandırıb küçələrə salmamalıyıq”, - deyə hüquq müdafiəçisi fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.