PAYTAXT XƏBƏRLƏRİ

Tarixçi: "İnsanlar harada bir məbəd, kilsə görürlərsə, oranı pir edirlər"

Buzovna qəsəbəsində yerləşən XIX əsrə aid olan tarixi tikilinin qalıqları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Buzovna qəsəbəsində yerləşən, el arasında "Alban məbədi" adlanan abidə ömrünün son günlərini yaşayır. Elmi-tədqiqat və arxeoloji qazıntı işlərinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Elmi arxiv şöbəsinin müdiri İdris Əliyev bildirir ki, əslində yerli əhali ona "Alban mədədi" desə də bunun alban dövrü ilə heç bir əlaqəsi yoxdur:
"Bu abidə xristian kilsəsidir. 1930-cu illərdə sökülüb, arkaları qalıb. Bu abidə XIX əsrdə - 1830-40-cı illərdə tikilib. Həmin kənddə, ona yaxın ərazilərdə yaşayan xristian əhalisi üçün tikilib".

"1720-ci ildə Pyotr Azərbaycana gələndə Abşeronun sahilyanı ərazilərinə xristan əhalini köçürdü. Həmin dövrdə hindistanlılar və xristianlar Bakının bütün ticarətini əllərinə almışdılar. Atəşgah məbədi də həmin dövrlərdə tikildi. Nadir şah hakimiyyətə gələndən sonra həmin əhalinin bir hissəsi buradan uzaqlaşdı. Əksəriyyəti də İslam dini qəbul edib burada yaşamağa davam etdilər", - deyə tarixçi əlavə edib.

İdris Əliyev onu da bildirir ki, həmin abidə sonradan yerli əhali tərəfindən "Şüşə piri" adlanıb:
"İnsanlar harada bir məbəd, kilsə görürlərsə, oranı pirə çevirilər. Yerli əhali, xüsusən Türkan camaatı orada şüşə sındırır, qorxu alırdlıar, bura çildağ idi. Sovet dövründə də insanlar xəlvəti şüşə sındırıb bura gedirdilər".
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynlinin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, Buzovna qəsəbəsində yerləşən tarixi tikilinin qalıqları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.