BAKI, 8 iyul — Sputnik. Ötən ay dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin mirası ölümündən üç həftə sonra açıqlanıb.
Türkiyə mediasının yaydığı xəbərə görə, Berluskoni özündən 53 yaş kiçik olan sevgilisi Marta Faskinaya yüz milyon avroluq miras qoyub.
İyunun 12-də xroniki leykozdan 87 yaşıda dünyasını dəyişən sabiq baş nazir qardaşı Paolo Berluskoniyə də yüz milyon avrolouq miras qoyub. O mirasının 30 milyon avroluq hissəsini isə mafiya dostuna ayırıb.
Sabiq nazirin şirkəti olan “Fininvest”in 53 faizi onun ilk həyat yoldaşı Karla Elviradan olan iki, digər hissəsi isə ikinci həyat yoldaşından olan üç övladına qalıb. Berluskoninin arzusu ilə şirkətdə övladlarının payı bərabər bölüşdürülüb.
Sabiq baş nazirin 2006-cı ildə hazırladığ vəsiyyətnamənin sonunda isə “təşəkkür edirəm, atanız hamınızı çox sevir” yazılıb.
Qeyd edək ki, Silovio Berluskoninin ümumi sərvətinin məbləği 6,5 milyard avro olaraq dəyərləndirilib.
Xatırladaq ki, S.Beluskoni 1936-cı il sentyabrın 29-da İtaliyanın Milan şəhərində anadan olub. O, dörd dəfə - 1994-1995, 2001-2005, 2005-2006, 2008-2011-ci illərdə İtaliya Nazirlər Sovetinin sədri (ölkənin Baş naziri) olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.