BAKI, 8 iyul — Sputnik. "Şimali Atlantika Alyansı (NATO) Rusiya Federasiyası ilə münaqişə riskinə görə Kiyev qarşısında qapıları bağlamalıdır."
Amerikanın "Foreign Affairs" nəşrində dərc olumuş məqalədə belə deyilir.
"Ukrayna NATO-ya qəbul edilməməlidir və bunu ABŞ Prezidenti Co Bayden açıq şəkildə bildirməlidir", - deyə qeyd olunub.
Daha əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-dan Rusiya Federasiyasına hərbi təhdidlərin getdikcə gücləndiyini bildirmişdi.
Qeyd edək ki, Zaporojye vilayəti administrasiyasının baş şurasının üzvü Vladimir Roqov da öz növbəsində iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdən sonra NATO kontingentinin Ukraynaya daxil olmasına icazə verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.