RUSİYA

KOBİA Rusiyanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Dmitri Kuroçkin arasında görüş keçirilib.
Sputnik
BAKI, 8 iyul - Sputnik. Moskva şəhərinə işgüzar səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasında olublar.
KOBİA-dan Azərtac-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan MəmmədovRusiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Dmitri Kuroçkin arasında keçirilən görüşdə əməkdaşlıq imkanlarına, KOB-ların iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.