HADİSƏ

FHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəzarətə götürülüb

Bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlərin davam etdirildiyi bildirilir.
Sputnik
BAKI, 8 iyul - Sputnik. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.
FHN-dən bildirilib ki, yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.
Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.